“ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənayə Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası prokurorluğu yayıb.
Toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanmaqla Kəngərli rayon prokurorluğu tərəfindən istintaq aparılıb.
İstintaqla, Qarabağlar Daş Ocaqlarınının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 14.08.2023
Naxçıvanda ölüm faktı ilə bağlı vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Hazırda oxunan: Naxçıvanda ölüm faktı ilə bağlı vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Hazırda oxunan: Naxçıvanda ölüm faktı ilə bağlı vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
150767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.