Dələduzluqla 100 min manatı mənimsəyən falçı qadın MƏHKƏMƏ QARŞISINDA - FOTO

Hazırda oxunan: Dələduzluqla 100 min manatı mənimsəyən falçı qadın MƏHKƏMƏ QARŞISINDA - FOTO

150741

Falçılıq edərək evdən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanmasında təqsirləndirilən Günəş Qasımovanın məhkəməsi başlayıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili G.Qasımovanın ev dustaqlığına buraxılması barədə vəsatətlə çıxış edib. Vəsatət təmin edilməyib.

Məhkəmə baxış iclası avqustun 28-nə təyin edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə falçı - öncə görən olduğunu bildirib. G.Qasımova qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllinə köməkliklər göstərəcəyi barədə vədlər verib. Bunun müqabilində zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin