Sumqayıtda kafedə yanğın olub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda yerləşən “Zirvə” kafesində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, ətraf obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Bizim.Media