10 şəhid övladı Almaniyaya getdi - FOTO

Hazırda oxunan: 10 şəhid övladı Almaniyaya getdi - FOTO

150695

Ötən gün Bakı hava limanından 10 şəhid övladı ailələrinin müşayiəti ilə Almaniyanın Frankfurt şəhərinə yola salınıb.

Bu barədə Bizim.Media-ya Vətən Müharibəsi şəhidi, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində komandir müavini  olmuş Abakar Hacıyevin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, şəhidin böyük oğlu Hacı Hacıyev də avqustun  13-də Frankfurt şəhərinə gedən şəhid övladları sırasında olub.

Arzu Hacıyeva açıqlamasında bildirib ki, oğlu Hacı bu il Zaqatala şəhərindəki Zərifə Əliyeva adına liseyin 9-cu sinfini bitirib.

Hacı və digər 9 şəhid övladı təhsildə və ingilis dilində yüksək nəticə əldə etdiklərinə görə Almaniyada 13 günlük yay düşərgəsinə qatılıblar.

Şəhid Abakar Hacıyevin həyat yoldaşı Arzu Hacıyeva bu xeyirxah addımın "YAŞAT" Fondunun layihəsi əsasında reallaşdığını deyib.

Almaniyaya gedən şəhid övladları arasında Vətən Müharibəsinin hərbi vəzifədə olmuş şəhidləri - Sadiq Məmmədovun, Anar Əliyevin, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun uşaqları da var.
Şəhid yadigarlarının yay düşərgəsi avqustun 13-dən 26-a kimi davam edəcək.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin