Balakəndə qanunsuz tikinti işlərinin qarşısı ALINDI - FOTO 

Hazırda oxunan: Balakəndə qanunsuz tikinti işlərinin qarşısı ALINDI - FOTO 

150689

Balakəndə iki yerdə qanunsuz tikinti faktı aşkar edilib. Hər iki qanunsiz tikinti faktı üzrə sənədlər toplanıb. Araşdırma aparmaq üçün müvafiq orqanlara təqdim edilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib. 

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsi və Balakən Rayon İcra Hakimiyyətinin qanunsuz tikintilərlə bağlı keçirdiyi birgə tədbirlər nəticəsində rayonunun Salban və Qazbinə yaşayış məntəqələrində 2 ədəd qanunsuz tikinti müəyyən olunub.
Keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb, obyektlər nəzarətə götürülüb və ətrafı lentlə bağlanıb.

Vətəndaşlara tikinti ilə bağlı qanunvericiliyə uyğun sənədləri hazırladıqdan sonra tikinti işlərini davam etdirməsi tövsiyə edilib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin