Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, baş verən qəza zamanı minik maşınında olan iki nəfər, Bakı sakinləri 61 yaşlı Əliyev Cavid Tahir oğlu və 2022- ci il təvəllüdlü Babayeva Aysun Xəyal qızı ağır bədən xəsarətləri alıblar.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - FOTO
Onların hər ikisi Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq bir yaşlı Aysun Babayeva elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Avtomobildə xəsarət alan 3-cü sərnişin isə (hələlik adı məlum deyil) Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu