Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

150614

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib

.İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin