Qubada sərnişin avtobusu aşdı - ÇOXLU YARALI VAR

Hazırda oxunan: Qubada sərnişin avtobusu aşdı - ÇOXLU YARALI VAR

150603

Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan və sürücü Ravil Mahmudovun idarə etdiyi  "Temsa" markalı sərnişin avtobusu aşıb. Hadisə Quba rayonunun Digah kəndi  ərazisində baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur, çoxlu yaralıların olduğu deyilir.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin