Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində avqustun 12-də Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndində qarşılanıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, sakinləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də qarşılayıblar.
Sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları təqdim edilib.
Beləliklə, Böyük Qayıdış layihəsi çərçivəsində bu günədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayan vətəndaşlardır.
Köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 12.08.2023
Zəngilanın Ağalı kəndinə köçürülən 22 ailəyə evlərinin açarları təqdim edilib
Hazırda oxunan: Zəngilanın Ağalı kəndinə köçürülən 22 ailəyə evlərinin açarları təqdim edilib
Hazırda oxunan: Zəngilanın Ağalı kəndinə köçürülən 22 ailəyə evlərinin açarları təqdim edilib
150534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.