İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ittihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.
O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:26 / 12.08.2023
İçərişəhərdə söyüş söyən şəxs CƏZALANDIRILDI
Hazırda oxunan: İçərişəhərdə söyüş söyən şəxs CƏZALANDIRILDI
Hazırda oxunan: İçərişəhərdə söyüş söyən şəxs CƏZALANDIRILDI
150506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.