“A-Qrup Sığorta"nın lisenziyasının qüvvəsi MƏHDUDLAŞDIRILDI 

Hazırda oxunan: “A-Qrup Sığorta"nın lisenziyasının qüvvəsi MƏHDUDLAŞDIRILDI 

150462

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, “A-Qrup Sığorta" ASC-nin könüllü müraciəti əsasında onun lisenziyasının qüvvəsini avqustun 11-dən məhdudlaşdırıb. 

AMB-dən Bizim.Media-ya bildirilib ki, səbəb şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə verilmiş icazələrin ləğv edilməsidir. 

Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin