20 nömrəli məktəb karantinə niyə bağlanmır? – Rəsmi CAVAB

Hazırda oxunan: 20 nömrəli məktəb karantinə niyə bağlanmır? – Rəsmi CAVAB

15046

Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseyin karantinə bağlanacağı ilə bağlı məlumatlar dolaşır. 

Valideynlərdən Bizim.Media-ya verilən məlumata görə 20 nömrəli məktəb-liseyin siniflərində müəllim və şagirdlər arasında koronavirusa yoluxma halı aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha 3 məktəb bağlandı – RƏSMİ 


Bu səbəbdən I və VI siniflər (hər birində bir sinif) distant təhsilə keçib. 

Məktəbin digər siniflərində də virusa yoluxanların olduğu bildirilir. Övladlarını məktəbə gətirən valideynlər məktəb daxilində epidemioloji vəziyyətin pisləşməsindən ehtiyatlanırlar.

Maraqlıdır, bu qədər yoluxmanın olmasına baxmayaraq, 20 nömrəli məktəb-lisey karantinə bağlanmır. Səbəbini isə hərə bir cürə izah edir. Bu məktəbin karantinə bağlanan digər tədris müəssisələrindən nəyi artıqdır və ya səbəb nədir? 

Bizim.Media-ya bu barədə danışan Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov qeyd olunan hallarla bağlı rayon üzrə Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən rəy verildiyini bildirib:

“Hələlik Gigiyena Epidemiologiya Mərkəzi bizə belə bir rəy təqdim etməyib”.

Qeyd edək ki, bu il fevralın 1-dən tədris prosesinə mərhələli şəkildə start verilib və 1,3 milyona yaxın şagird təhsilə yenidən başlayıb.

Bakı şəhəri üzrə 440 min şagirdin 1200 nəfəri dərsə qoşulmaqdan imtina edib. Fevralın 1-dən indiyədək ölkə üzrə 21 məktəb və 300-dən çox sinif koronavirusa yoluxmaya  görə distanta keçib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin