Avqustun 11-də Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. 
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 
*** 15:53  
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. 
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. 
Əlavə məlumat veriləcək. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							16:02 / 11.08.2023
							
						Sumqayıtda dənizdə batan şəxsin meyiti TAPILDI - YENİLƏNİB
						
							
								Hazırda oxunan: Sumqayıtda dənizdə batan şəxsin meyiti TAPILDI - YENİLƏNİB 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Sumqayıtda dənizdə batan şəxsin meyiti TAPILDI - YENİLƏNİB 							
						150408
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































