AzTV-də işə başlayan məşhur aktyor: “Mənə 10 manat belə verən olmayıb” - FOTO

Hazırda oxunan: AzTV-də işə başlayan məşhur aktyor: “Mənə 10 manat belə verən olmayıb” - FOTO

15036

1990-cı illərdə “Sehirli güzgü” verilişindən tanınan, Sim-sim Lələ kimi məşhurlaşan aktyor Adışirin Bağırov uzun illər işsizlikdən sonra AzTV-də işlə təmin olunub. 

Bu barədə Bizim.Media-ya AzTV-dən bildirilib. 

AzTV-nin əməkdaşları mediada bəzən unudulduğundan, hətta epizodik rollarda belə çəkilmədiyindən şikayətlənən aktyoru tapıb, onun evində qonaq olub. 

A.Bağırov deyib ki, onu heç bir seriala çəkilməyə dəvət etməyiblər:

“Bir serial belə olmayıb ki, çağırsınlar, 10 manat, 20 manat versinlər, desinlər ki, epizodik bir rolda çəkirik səni”.

O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu bildirib:

“Mən yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa, işləyim, qazanc yerim olsun. Amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad bildirirdilər. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən”.

Azərbaycan Televiziyası A.Bağırova kanalda iş təklif edib, illər sonra o, yenidən TV-yə qayıdıb.

Aktyorun TV-dəki işi barədə hələki ətraflı məlumat verilməyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin