Qazaxda 41 yaşlı kişi BIÇAQLANDI - TƏFƏRRÜAT 

Hazırda oxunan: Qazaxda 41 yaşlı kişi BIÇAQLANDI - TƏFƏRRÜAT 

150355

Qazaxda kafedə yemək hesabı üstündə düşən mübahisədə  41 yaşlı kişini  bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosuna bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.

Onun sözlərinə görə Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun bədəninin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
"Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat tədbirləri nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E. Qasımov  əlavə edib.

İlkin versiyaya görə hadisəni törətməkdə şübhəli bilinən Əfqan Vəliyev müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi Sənan Omarovlala mübahisə edib. 

Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin