İranda həbs edilən Fəridin anası: “Oğlum əməliyyat olunub, vəkil tutmuşam”

Hazırda oxunan: İranda həbs edilən Fəridin anası: “Oğlum əməliyyat olunub, vəkil tutmuşam”

150323

“Fəridə vəkil tutmuşam. İranda yaşayan azərbaycanlı vəkil işlə tanış olub”. 

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. 

Onun sözlərinə görə, vəkil oğlu və hakimlə görüşüb: 

“Oğlumun həbsinə dair heç bir sübut yoxdur. Fəridin orada səhhətində problemlər yaranıb və kor bağırsağından əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə qərar çıxmalıdır. Fəridin casusluq niyyətinə dair ortada heç bir sübut yoxdur”. 

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin