“Turizm işçilərinin peyvəndlənməsi qeydiyyat proqramı”na start verilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi, eləcə də Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi (TGA) ilə kordinasiyalı şəkildə turizm sektorunda çalışan işçilər vaksinasiyaya cəlb edilir.
MÖVZU İLƏ BAĞLI:
Karantin rejimi sərtləşəcək - “Xəstəxanalar dolacaq, təcili tibbi yardım yüklənəcək” – İNFEKSİONİST
Sözü gedən aksiya qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində başladılıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin iyun ayında "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"na start verib.
Proqram çərçivəsində "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"nda qeydiyyatdan keçmiş qonaqlama yerləri, restoranlar, tur bələdçiləri, turizm agentliklərinin işçiləri peyvəndlənəcək.
Türkiyə Covid-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir.
Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.
2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görən Türkiyə beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.
Alçina Amilqızı, Bizim.Media