Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan və hər ötən gün gözəlləşən Laçın doğma sakinlərini qarşılamağa davam edir. Avqustun 9-da Böyük Qayıdışın Laçına 11-ci köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə 23 ailəyə qucaq açıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün daha 93 laçınlının yurd həsrəti bitib.
31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər.
Gündən-günə abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 203 ailə, yəni, 793 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:03 / 09.08.2023
Bu gün daha 23 laçınlı ailə doğma yurduna QOVUŞDU - FOTO
Hazırda oxunan: Bu gün daha 23 laçınlı ailə doğma yurduna QOVUŞDU - FOTO
Hazırda oxunan: Bu gün daha 23 laçınlı ailə doğma yurduna QOVUŞDU - FOTO
150173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.