Yaz-yay ayları gələndən ilk dəfə Şimal-Qərb bölgəsində son iki gündə ən yüksək temperatur müşahidə edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən həftəyə kimi Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürürdü, leysan yağışları, külək müşahidə edilirdi.
Bir neçə gün əvvəl Zaqatalada baş verən təbii fəlakət, Şəkidəki leysan sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Son iki gündə isə bölgə rayonlarında havanın temperaturu 22-25 dərəcədən 35- 38 dərəcəyə kimi yüksəlib.
Dünən və bu gün saat 15-17 radələrində isə bölgənin aran ərazilərində Balakənin Qabaqçöl, Zaqatalanın Danaçı, Aşağı Çardaxlar, Mosul , Qaxın Ağyazı , Şəkinin Turan qəsəbəsi istiqamətindəki əksər yaşayış məntəqələrində temperatur 40 dərəcəyə kimi yüksəlib.
Bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində isə temperatur 35-38 dərəcə arasında dəyişir. Axşamlar isə bu ərazilərdə temperatur 28-30 dərəcə qeydə alınıb.
Bu günlər havada maqnit burulğanının səviyyəsi artdığından xəstəxanalara əsasən qan təzyiqi yüksək olanlar, şəkər və ürək xəstəliyindən əziyyət çəkənlər müraciət edir.
Maraqlıdır ki, günvurma əlamətləri ilə xəstəxanalara hələlik müraciətlər daxil olmayıb.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-ya bildirilib ki, qarşıdakı günlərdə də bölgədə havanın temperaturu yüksək olacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:39 / 09.08.2023
Bu bölgəmizdə havanın temperaturu 38-40 dərəcəyə kimi YÜKSƏLİB
Hazırda oxunan: Bu bölgəmizdə havanın temperaturu 38-40 dərəcəyə kimi YÜKSƏLİB
Hazırda oxunan: Bu bölgəmizdə havanın temperaturu 38-40 dərəcəyə kimi YÜKSƏLİB
150160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.