Möcüzəvi meyvə adlandırılan əncirin ZƏRƏRLƏRİ

Hazırda oxunan: Möcüzəvi meyvə adlandırılan əncirin ZƏRƏRLƏRİ

150151

Hazırda mövsümü olan əncirin faydalarından yəqin ki əksəriyyətimiz dolğun şəkildə məlumatlı deyilik. Əncir təkcə dadı ilə deyil, insan sağlamlığına faydaları ilə də xüsusi meyvədir. 

Bizim.Media əncirin faydalarına dair araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Köpdən əziyyət çəkənlərə nə yemək olmaz? - SİYAHI


İmmuniteti gücləndirməyə kömək edir

Tərkibində pəhriz lifi, minerallar, vitaminlər və antioksidantlar olduğu üçün ora əncirin kalorisi cəmi 35-40 kaloridir. Sağlamlığa ciddi faydaları olan əncirin tərkibində natrium, kalium, maqnezium mineralları və C, B3, B6, B2, K vitaminləri var və eyni zamanda yaxşı bir lif qaynağıdır.

Sümük və diş sağlamlığına müsbət təsir edir

Tərkibindəki yüksək fosfor və kalsium sayəsində sümüklər və dişlər üçün faydalıdır. Əncirin tərkibindəki kalsium digər qidalara nisbətən daha asan həzm olunduğu üçün süd içə bilməyən insanların əncir istehlak etməsi tövsiyə olunur.

Xərçəng əleyhinə effektiv vasitədir

Bundan əlavə, əncir yarpaqları və əncir bitkilərindən alınan təbii lateksin insan kolon xərçəngi, döş xərçəngi, uşaqlıq boynu xərçəngi və qaraciyər xərçəngi hüceyrələrinə qarşı mübarizədə effektivdir. 

Dəri xəstəliklərinə xeyirlidir 

Əncirin tərkibindəki antioksidantlar dəri sağlamlığına müsbət təsir göstərir. Sızanaq problemi olanlar əncir püresi hazırlayıb 20 dəqiqə üzə çəksələr, dəriləri təmizlənəcək. Xüsusilə ekzeması və ya allergik dərisi olan insanlarda dəri sağlamlığına faydalı təsirləri də aşkar edilmişdir.

Ziyillərin əmələ gəlməsinin qarşısını alır. 

Əncirin yarpaqlarında olan süd ziyillərə qarşı təsirlidir. Bu effekti əldə etmək üçün əncirin yarpağından alınan süd ziyilə çəkilir. Müntəzəm olaraq edildikdə, ziyil yox olur.

Saçları qidalandırır 

Tərkibindəki maqnezium və C vitamini ilə əncir saçları və saç köklərini qidalandırır və saçlara təbii görünüş verir.

Arıqlamaq istəyənlər üçün əncir idealdır

Əncirin tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır. 

Mədə xəstəliklərinə xeyirlidir 

Tərkibindəki yüksək lif sayəsində mədəyə müsbət təsir göstərir. Araşdırmalar göstərib ki, bu meyvə xora, reflü və qastrit kimi mədə xəstəliklərinə faydalıdır.

Qan təzyiqini balanslaşdırır

Əncir kaliumla zəngin meyvədir, qan təzyiqini tarazlaşdırmağa kömək edir. Kalium çatışmazlığı ürək xəstəliyi riski yüksək olan, müntəzəm olaraq meyvə və tərəvəz istehlak etməyən, işlənmiş qida və ət istehlakı yüksək olan insanlarda gündəlik natrium istehlakının artması ilə müşahidə edilə bilər. Şəkərli diabetiniz yoxdursa, gündə 1 ədəd əncir yemək qan təzyiqinizi tarazlaşdıraraq ürəyinizi qorumağa kömək edə bilər.

Təravətili və xeyirli olsa da digər meyvələr kimi əncir də zərərli ola bilər.

Tərkibindəki şəkərin yüksək olması səbəbiylə diabet xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları və istehlak ediləcəksə, 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin