Ərlə arvadı öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ 

Hazırda oxunan: Ərlə arvadı öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ 

150129

Martın 31-i Daşkəsən rayon sakinləri 1946-cı il təvəllüdlü Pəri Məmmədova və 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovun yaşadıqları evdə öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Daşkəsən rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla 1983-cü il təvəllüdlü Şahin Ələsgərovun onunla eyni qəsəbədə yaşayan tanışları Pəri Məmmədova və onun əri Məhərrəm Məmmədovun yaşadıqları evə gəlib onlara küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahin Ələsgərova Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi quldurluqla əlaqədar öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin