Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə CAVAB – “Deyilənlərin hamısı yanlışdır” 

Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə CAVAB – “Deyilənlərin hamısı yanlışdır” 

150087

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda  “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb. 

İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Roza Zərgərlidən “German Hospital”la bağlı ŞİKAYƏT – “Adam öldürəndirlər” – VİDEO  


Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.  

Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.  

Sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib. 

O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin