Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətilə bu gün Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
Bizim.Media xəbər verir ki, nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.
Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.
Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:21 / 08.08.2023
Nazir: Rasim Balayevin çəkildiyi filmlər milli kinomuzun “qızıl fondu”nu təşkil edir - FOTO
Hazırda oxunan: Nazir: Rasim Balayevin çəkildiyi filmlər milli kinomuzun “qızıl fondu”nu təşkil edir - FOTO
Hazırda oxunan: Nazir: Rasim Balayevin çəkildiyi filmlər milli kinomuzun “qızıl fondu”nu təşkil edir - FOTO
150036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.