TƏBİB: İyulda günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb

Hazırda oxunan: TƏBİB: İyulda günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb

150030

İyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib. 

Qeyd edilib ki, iyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə, 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub. 

Müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib. 

Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin