Son günlər havaların isti və quraq keçməsi, qarşıdakı günlərdə də istilərin davam edəcəyi meşə və digər yaşıllıq ərazilərində yanğın riskini artırır.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Bizim.Media-ya bildirib ki, vətəndaşlar meşə yanğınlarının çox ciddi və təhlükəli olduğunu daim diqqətdə saxlamalıdırlar. Çünki aparılan araşdırma və təhlillər meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir.
“Belə ki, meşə sahələri ilə həmsərhəd ərazilərdə yerləşən bələdiyyə və vətəndaşların pay torpaqlarında kənd təsərrüfatı bitkiləri yığıldıqdan sonra əkin sahələrinin yandırılması, ağac kömürü hazırlanan ocaqxanaların fəaliyyəti, əhalinin dincəlmək üçün meşə sahələrinə üz tutması və bu zaman meşədə odla ehtiyatsız davranmaları, yanğın törədici və tez alışan maddələrin (yağlı boya, sürtkü yağları, ətir, kimyəvi maddə saxlanılan qablar, şüşələr və s.) meşə sahələrinə atılması ölkəmizin meşə fonduna, yaşıllıq ərazilərinə, bioloji resurslarına və torpağın üst münbit qatına ciddi ziyan vurmaqla nəticələnən yanğınlara səbəb olur.
Hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.
Bütün bunları nəzərə alaraq hamımız təbiət qoynunda olarkən hədsiz diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli, üzərimizə düşən məsuliyyəti hiss etməli, odla ehtiyatlı davranmalı, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamalı, davranışlarımızda maksimum dərəcədə ehtiyatlı olmalıyıq. Çünki hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”, - deyə C.Qəribov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:02 / 08.08.2023
Meşə və digər yaşıllıq ərazilərində yanğın riski var
Hazırda oxunan: Meşə və digər yaşıllıq ərazilərində yanğın riski var
Hazırda oxunan: Meşə və digər yaşıllıq ərazilərində yanğın riski var
150026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.