31 ildən sonra məzarı tapılan şəhidin anası danışdı — FOTO 

Hazırda oxunan: 31 ildən sonra məzarı tapılan şəhidin anası danışdı — FOTO 

150017

Xəbər verdiyimiz kimi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun 31 ildən sonra qəbiri tapılıb.  

Laçın rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Salahov yayılan məlumatı təkzib edib. 
 
Bildirib ki, 31 il öncə itkin düşən şəhid Rəhman Həsənovun cəsədinin tapılaraq ekskumasiya olunması ilə bağlı rayon polis və prokurorluq orqanlarında heç bir məlumat yoxdur. 

Məsələyə aydınlıq gətirmək üçün şəhidin anası Elza Həsənova ilə əlaqə saxladıq. 
 
Bizim.Media xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, Laçın rayon polisinin bu məlumatı təkzib etməsi əsassızdır: 

“1992-ci ilin 12 sentyabrında Laçının Suarası kəndində oğlum şəhid oldu, 18 gündən sonra meyiti tapıldı, öz kəndimizdə dəfn etdik. Sonra yollar bağlandı, ziyarət edə bilmədik. Torpaqlarımız azad ediləndən sonra oğlumun qəbirini ziyarət edə bildim. Mənim uşağım elə belə oğul deyildi. Kəşfiyyatçı olub, yüksəkliklərdə döyüşüb, neçə post alıb, neçə erməni öldürüb” 

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub. 
 
1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib.  

1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib.  
 
1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin