Martın 17-də işğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Edilli və Düdükçü kəndlərində olublar.
Bizim.Media xəbər verir ki, onlar kəndlərin hazırkı vəziyyəti ilə tanış olub, ermənilərin törətdikləri saxtakarlıq və vandalizmlə şahidlik ediblər.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlərin Füzuli və Xocavəndə səfəri başladı - FOTOLAR
Qeyd edək ki, Qarabağ silsiləsinin ətəyində yerləşən Edilli və Düdükçü kəndləri 1992-ci il oktyabrın 2-də işğal edilib, 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xatırladaq ki, prezident İlham Əliyev martın 15-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Edilli və Düdükçü kəndlərində də olub. (APA)
Bizim.Media