Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini, polkovnik Artur Sarqisyan məhv edilib
Ölənlər arasında 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan da var.
Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti, polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb.
5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Bizim.Media