Videobloger Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən şikayət təmin edilməyib.
MÖVZU İLƏ BAĞLI:
Ata Abdullayev niyə erməni mətbuatına manşet oldu? – PƏRDƏARXASI ADLAR
Qeyd edək ki, Ata Abdullayev hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib. (APA)
Bizim.Media