Rövşən Əkbərovun qətl işində Yunus Oğuzun və Nazim İbrahimovun şahidlik müəmması  - AÇIQLAMA 

Hazırda oxunan: Rövşən Əkbərovun qətl işində Yunus Oğuzun və Nazim İbrahimovun şahidlik müəmması  - AÇIQLAMA 

14996

Həbs olunan general leytenant Rövşən Əkbərovun işində yeni detallar üzə çıxıb. Generalın ittiham olunduğu qətl hadisəsində Rövşən Əkbərovun yanında Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun və yazıçı Yunus Oğuzun olması haqda iddialar səsləndirilir. 

Qeyd edək ki, rəsmən təsdiqlənməsə də, general leytenant Rövşən Əkbərovun iş adamı Elçin Əliyevin qətlində ittiham edildiyi bildirilir. 
 

Jurnalist Elçin İlqaroğlunun “Facebook” hesabındakı iddiasında qeyd olunur ki, Elçin Əliyevə qəsd olunandan sonra mərhumun Ukraynadakı biznesi Nazim İbrahimov və Yunus Oğuzun əlinə keçib.


Bundan əlavə mərhumun anası Səmayə Əliyeva da istintaqa verdiyi ifadədə və mətbuata müsahibələrində oğlunun ölüm hadisəsində hər iki şəxsin şahid olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevdəki “Kiy” restoranındakı qətl – Avropa Məhkəməsinin qərarı - Rövşən Əkbərovun həbsinin GİZLİNLƏRİ


Hətta Səmayə Əliyeva Yunus Oğuzun qətl zamanı qorxudan şoka düşdüyünü və pəncərədən çıxıb qaçdığını da söyləyib. 

Məsələ ilə bağlı yazıçı-publisist, “Olaylar”qəzetetinin baş redaktoru Yunus Oğuz Bizim.Media-ya açıqlamasında haqqında səsləndirilən bütün iddiaların əsassız olduğunu deyib və şər-böhtan adlandırıb:
 

“Elçin Əliyev biznesmen, iş adamı deyildi, orada işçi idi. Necə onun biznesi mənim əlimə keçə bilər? İttihamı prokuror verir. Heç bir hadisədə iştirak etməmişəm. Deyilənlər yalan, böhtandır və məni günahlandıranları məhkəmə verməyə hazırlaşıram”.


Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovla əlaqə yaratmaq cəhdimiz hələki baş tutmayıb. Qətl hadisəsində adı çəkilən Nazim İbrahimovun da mövqeyini öyrənməyə çalışacağıq. 

Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov həbs edilib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Rəsmi məlumata görə, R. Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

O, Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin