Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın martın 15-də işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, qardaş ölkənin media orqanları səfərlə bağlı videomateriallar və fotolar təqdim ediblər.
MÖVZU İLƏ BAĞLI:
“İnsan Şuşadan getmək istəmir” - İlham Əliyev - ViDEO
Hazırlanan informasiyalarda, həmçinin Prezident İlham Əliyevin çıxışındakı fikirlərə də da istinad edilib:
“Mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq.”
Anadolu informasiya agentliyi, “CNN Türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanalları, eləcə də “Sabah”, “Star” və s qəzetlərin saytları dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərini geniş işıqlandırıb.
Bizim.Media