“Süleymanın öldüyündən atasının xəbəri yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında avtomobil qəzasında nəvəsini itirən Cığatel İsaqızı deyib.
O, nəvəsinin ölüm xəbərini almasından danışıb:
“Xəstəxanadan zəng etdilər. Soruşdum ki, Süleyman necədir? Sualıma cavab vermədilər. Balam yerindəcə keçinibmiş”.
C.İsaqızı xəstəxanada olan oğlunu hələ də ziyarət edə bilmədiyini söyləyib:
“Hələ onun yanına getmirəm. Dedim, bu balamı yola salım, sonra gedərəm. Oğlum sağ-salamat gəlsin, deyərəm, balan mələk oldu”.
Ətraflı videonu təqdim edirik:
Bizim.Media