Bizim.Media YAZDI, qurumlar HƏRƏKƏTƏ KEÇDİ – Bir günlük abadlığın MƏRAMI nə idi? – FOTO  

Hazırda oxunan: Bizim.Media YAZDI, qurumlar HƏRƏKƏTƏ KEÇDİ – Bir günlük abadlığın MƏRAMI nə idi? – FOTO  

149862

Paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsi 10 ünvanında çoxillik ağacların məhv olduğunu xəbər vermişdik. Vaxtında qulluq göstərilməyən, suvarılmayan və üzərini böcəklər basan çoxillik ağacların susuzluqdan bu duruma gətirildiyi qeyd olunmuşdu.

Bu şikayətlə isə Bizim.Media-ya ərazidə yaşayan sakinlər məlumat vermişdi.  
 

MÖVZU İLƏ BAĞLI:

Nəsimi Rayon İcra Hakimiyyəti çoxillik ağacları niyə MƏHV EDİR? – FOTO/VİDEO 


Dediklərinə görə 2013-cü ildən bəri binaların həyətindəki ağaclar nəinki suvarılır, nə budanır, nə də onlara ümumiyyətlə diqqət göstərilir.

Həyətdə olan su kranı isə “Azərsu” ASC tərəfindən illər öncə məhdudlaşdırılıb. Sakinlərin 5-10 litrlik plastik su qabları ilə ağacları suvarmaları effekt vermir və problemdən çıxış yolu deyil.


Mövzunu aktuallaşdırdığımız zamanı Yaşıllaşdıma Təsərrüfat Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də “Azərsu” ASC məsələnin səlahiyyətləri xidmətində olmadığını bildirmişdilər.  

Yazımızdan sonra Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən yaşıllıq ərazidə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə abadlıq aksiyası keçirilib.


Aksiya zamanı yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi sulanıb, budama işləri aparılıb, qurumuş ağaclar siyahıya alınıb. Həmçinin ərazinin nəzarətdə saxlanılması məqsədilə Nəsimi rayon İcra hakimiyyətinə xəbərdarlıq məktubu ünvanlanıb. 
Bu barədə saytımıza rəsmi qurumla birgə rayon sakinləri də məlumat veriblər. Amma sakinlər bu aksiyanın sadəcə müvəqqəti xarakter daşıdığını və problemdən çıxış yolu olmadığını dilə gətiriblər.  

Görünən odur ki, sakinlərin illərdir şikayətləndiyi problemə biganə yanaşan dövlət qurumları məsələ yalnız mediada ictimailəşəndən sonra hərəkətə keçməyə başlayırlar. Bu, məqam digər sahələrdə də analojidir.  


Nəticə olaraq isə nə bizə, nə də şikayətçi sakinlərə bina həyətlərində və məhəllələrdəki abadlıq işlərinin aparılmasının hansı qurumun səlahiyyətində olması aydın oldu.

Bu cür tədbirlər niyə davamlı olmamalıdır ki? Bir günlük abadlıq aksiyası gözdən pərdə asmaq niyyətimi daşıyırdı?

Hər halda bu suallara biz də cavab ala bilmədik.  

Bununla bağlı müraciətlərimizə  isə reaksiya verən tapılmadı... 






Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin