Həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər.
O qeyd edib ki, şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur:
“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”.
Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:24 / 07.08.2023
İsti havalarla bağlı XƏBƏRDARLIQ: Həftənin sonunadək...
Hazırda oxunan: İsti havalarla bağlı XƏBƏRDARLIQ: Həftənin sonunadək...
Hazırda oxunan: İsti havalarla bağlı XƏBƏRDARLIQ: Həftənin sonunadək...
149837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.