Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar VERDİ  

Hazırda oxunan: Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar VERDİ  

149820

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. 

Bizim.Media ”trend.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. 

Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib. 

Xatırladaq ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin