Ucarda vətəndaşa məxsus fərdi təsərrüfatda yanğın olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Alpı kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü kənd sakini Quliyev Tufan Oqtay oğluna məxsus 200 kvadratmer sahəsi olan tövlədə anidən yanğın başlayıb.
FHN-in canlı qüvvəsi və texnikası əraziyə gəlib, alovu söndürərək yan tikililərə keçməsinin qarşısını qismən də olsa ala biliblər.
160 kvadratmetrlik hissə tamamən yanıb, 500 ədəd quru ot bağlaması külə dönüb.
Vətəndaşa xeyli məbləğdə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:58 / 06.08.2023
Vətəndaşa məxsus fərdi təsərrüfatda yanğın oldu - FOTO
Hazırda oxunan: Vətəndaşa məxsus fərdi təsərrüfatda yanğın oldu - FOTO
Hazırda oxunan: Vətəndaşa məxsus fərdi təsərrüfatda yanğın oldu - FOTO
149760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.