Əfv komissiyasının sonuncu iclası başa çatdı – 1000 müraciət olub - YENİLƏNİB

Hazırda oxunan: Əfv komissiyasının sonuncu iclası başa çatdı – 1000 müraciət olub - YENİLƏNİB

14975

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, bugünki iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Komissiyanın 10 iclası keçirilib və ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Siyahının dövlət başçısına göndərilməsi nəzərdə tutulur.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

***

Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək. Bununla da Komissiya öz işini yekunlaşdıracaq. Ondan sonra sənədlər cənab prezidentə təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, indiyədək Əfv Komissiyasının 9 iclası keçirilib və 1000-dən artıq müraciətə baxılıb. 

MÖVZU İLƏ BAĞLI:

Böyük Novruz əfvi gəlir – “Sərəncam olacaq” - Komissiya üzvü


Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid saytımıza açıqlamasında Növruz bayramında əfv sərəncamının olacağını bildirmişdi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin