Avqustun 1-dən etibarən etibarən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, maksimal sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyatdan keçməməsi inzibati məsuliyyət yaradır. Üstəlik mopedləri idarə edənlərdən sürücülük vəsiqəsi tələb edilir.
Bizim.Media xəbər verir ki, artıq bir neçə gündür moped sürücüləri vəsiqə almağa başlayıblar.
Düzdür, müxtəlif səbəblərdən nömrə ala bilməyənlər də var.
Yol polisi isə öz növbəsində nömrəsiz mopedləri saxlayıb müvəqqəti duracağa yerləşdirir.
Mopedlərə nömrə, sürücülərinə isə vəsiqə tələbinin qoyulması avtomobil idarə edənlərin üzünü güldürür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən mopedləri vəsiqə olmadan idarə etməyə görə 100 manat, qeydiyyatdan keçirməməyə görə isə 50 manat cərimə nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
20:15 / 06.08.2023
Yol Polisi nömrəsiz mopedləri saxlamağa başlayıb - VİDEO
Hazırda oxunan: Yol Polisi nömrəsiz mopedləri saxlamağa başlayıb - VİDEO
Hazırda oxunan: Yol Polisi nömrəsiz mopedləri saxlamağa başlayıb - VİDEO
149731
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.