Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlum da əməliyyat olunacaq”

Hazırda oxunan: Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlum da əməliyyat olunacaq”

149720

Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, oğlunun vəziyyəti ilə bağlı "Sherg.az"a danışıb.

"Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var", - deyə, o bildirib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.

Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin