KOBİA rəhbərliyi istehsal müəssisəsində olub - FOTO 

Hazırda oxunan: KOBİA rəhbərliyi istehsal müəssisəsində olub - FOTO 

149634

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri “Avrora Sənaye Parkı”nda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. 

KOBİA-dan Bizim.Media-ya verilən məlumata görə, tanışlıq zamanı istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib.  

Bildirilib ki, distribütorluqla yanaşı, 2001-ci ildən istehsalla məşğul olan “Avrora Qrup”un “Avrora Sənaye Parkı”nda makaron, qənnadı, qazlı və qazsız içkilər, karbon dioksid və un fabrikləri fəaliyyət göstərir. Bu müəssisələrdə 50-dən çox çeşiddə məhsul istehsal olunur.  
Şirkətin istehsal müəssisələrində 400-ə yaxın, ümumilikdə isə 3500-dən çox işçi çalışır. “Avrora Qrup”un istehsal etdiyi məhsullar yerli bazarla yanaşı, müxtəlif ölkələrə də ixrac edilir. Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarla şirkətin inkişaf ehtiyaclarına və ixrac imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin