Vətəndaşların həyətində qanunsuz kömür quyuları aşkarlanıb

Hazırda oxunan: Vətəndaşların həyətində qanunsuz kömür quyuları aşkarlanıb

149583

İsmayıllı, Qax və Ağstafada qanunsuz kömür quyuları aşkarlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bu barədə məlumat verib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində İsmayıllı rayonunun Müşkəmir, Tircan, Qax rayonunun Şotavar kəndlərində və Ağstafa rayonunun Vurğun qəsəbəsində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib:
"Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayon sakinləri Abil Mehdiyev, Vaqif Osmanov, Qax rayon sakinləri Yaşar Balayev, Rafail Məcidov və Ağstafa rayon sakini Səməndər Əliyev olduğu müəyyən edilib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin