İşçilərə psixoloji basqı edən rəhbərlər 11 il HƏBS OLUNA BİLƏR – XƏBƏRDARLIQ 

Hazırda oxunan: İşçilərə psixoloji basqı edən rəhbərlər 11 il HƏBS OLUNA BİLƏR – XƏBƏRDARLIQ 

149411

Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də iş yerində psixoloji basqıların və qısnamaların artmasıdır.

İnsanlar gileylənirlər ki, bir çox hallarda işdəki vəzifəli şəxslər özlərindən aşağı vəzifə tutan işçilərə qarşı basqılar edir. 

Birbaşa iş prosesinə dəxli olmayan vasitələrlə, məsələn, “stolun üstünə kitab qoyma, rəis xoşlamır”, “çox gülmə, rəisin acığı tutar”, “saçını belə yığma, rəis əsəbləşər” və digər bu kimi ifadələrlə vəzifəli şəxs iş atmosferini korlayır. Həttə belə qısnamalar bəzi işçilərin əsəb sarsıntısı keçirməsinə səbəb olur. Bir sözlə vəzifələri şəxslərin qısnama və basqıları insanlarda ciddi mənəvi-psixoloji problem yaradır.

Bəs, vəzifəli şəxslərin bu cür basqı və qısnamaları hansı hüquqi məsiliyyəti yaradır?

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, psixoloji basqı və qısnama işçinin sağlamlığında ciddi fəsadlar yaratmayıbsa o zaman bu məsələ intizam qaydasında həll olunur:

“Basqıya məruz qalan şəxs basqı edən şəxs barədə rəhbərliyə şikayət edir. Ondan həmin işçi barədə ölçü götürməsini xahiş edir. Bu məsələdə digər hallar da var. Əgər basqı və qısnamadan kimsə zərər görübsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. İşçi qısnamaya görə məruz qaldığı mənəvi zərərə görə məhkəməyə mülki qaydada müraciət edə bilər.

İddiaçı aldığı mənəvi  zərəri sübut edə bilsə ki, ona olan psixoloji təzyiqdən onun səhətində problemlər yaranıb, onda CM-nin 293-cü maddəsi ilə cinayət işi açıla bilər. Daha doğrusu 293-cü maddənin 3 bəndindən biri qarşı tərəfə tətbiq edilə bilər.  
Əgər psixoloji basqı sıravi işçi tərəfindən törədilibsə onda həmin şəxs 4 min manatdan 6 min manatdək cərimə oluna və yaxud 2 ilədək azadlıqdan məhrum oluna bilər. Əgər psixoloji basqı vəzifəli şəxs tərəfindən törədilibsə və sağlamlığa ciddi zərər vurubsa, onda həmin şəxs 293-cü maddənin digər bəndləri ilə 3 ildən 6 ilə və yaxud 8 ildən 11 ilə qədər cəza ala bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin