Şəkidə baş verən qəzada sərnişin avtomobildə sıxılı vəziyyətdə qalıb. Onun həyatını Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri xilas edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, Şəki sakini, 24 yaşlı Fərzalı Həsənlinin idarə etdiyi “Azsamand” markalı minik avtomobili hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı beton səkiyə çırpılıb.
Zərbənin təsirindən avtomobildə olan sərnişin, 22 yaşlı Rüfət Abilov orada sıxılmış vəziyyətdə qalıb. Onu bu vəziyyətdən qurtarmaq məqsədi ilə əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri dəvət edilib.
FHN əməkdaşları qısa zaman içində sərnişini xilas edərək Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.
Qəzada müxtəlif dərəcəli xəsarət alan sürücü və sərnişini Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müayinələrdən keçiriliblər. Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 04.08.2023
Şəkidə QƏZA – Yaralananlar var
Hazırda oxunan: Şəkidə QƏZA – Yaralananlar var
Hazırda oxunan: Şəkidə QƏZA – Yaralananlar var
149394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.