“Toylara icazə verilməsə, demoqrafik təhlükə yaranacaq” – Fazil Mustafa - VİDEO

Hazırda oxunan: “Toylara icazə verilməsə, demoqrafik təhlükə yaranacaq” – Fazil Mustafa - VİDEO

14933

Sərt qapanma əhalinin müəyyən təbəqəsinin yoxsullaşmasına gətirib çıxaran amillərdən biridir.

Bizim.Media xəbər verir ki, bunu ARB 24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək”


O bildirib ki, bayram günlərində vətəndaşların bölgələrə gediş-gəlişinə şərait yaradılmalıdır:

“Karantin davranış qaydalarına əməl edilməsi üçün qanunvericiliyə dəyişikliklər edilib. Qaydaların pozulmasına görə cərimələr artırılıb, sosial məsafəyə əməl edilməsi tələb edilir.

Hesab edirəm ki, sərt qapanmaya getmək sahibkarlar və vətəndaşlar üçün ciddi problemlər yarada bilər. Biz bütün təbəqələri düşünərək və bayram günlərində daxili turizmi də nəzərə alaraq insanların bölgələrə getməsinə imkan yaratmalıyıq. Bu həm Bakının yükünün azalmasına, həm də yerlərdə iaşə obyektlərinin güclənməsinə səbəb olacaq”. 

Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağa götürülməsə, gələcəkdə ciddi sosial demoqrafik problem yarana bilər:

“2020-ci ildə 34 min nikah bağlansa da, 14 min boşanma prosesi baş tutub. Bu, 3 nikaha 1 boşanma düşməsi deməkdir. Bu hal ciddi sosial demoqrafik problem yaradır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin