Park edilmiş avtomobilləri zərərdən kim SIĞORTALAYIR?

Hazırda oxunan: Park edilmiş avtomobilləri zərərdən kim SIĞORTALAYIR?

149325

Bir sıra sığorta növləri var. Onlardan biri də parkinq sığortasıdır. Bu xidmət avtomobil sahiblərini  kiçik məbləğ ödəməklə avtomobillərini parkinq halında dəyəcək zərərdən sığortalayır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sığorta üzrə ekspert Vüsal Bədəlov bildirib ki,  hazırda sığorta şirkətləri parkinq sığortası adı ilə belə bir xidmət də satırlar:

"Bu sığortanın məbləği iki tərəf arasında qarşılıqlı razılaşmayla müəyyən edilir. Avtomobilin dəyərindən asılı olaraq parkinq sığorta haqqı 1 illik 100 manatdan başlayır.

Həmin sığorta haqqına uyğun olaraq gələcəkdə sığorta haqqı verilir. Bu o deməkdir ki, avtomobil parkinq zamanı şüşələr sındırılaraq oğurluq olunarsa və ya kənardan atılan hansısa cisim zərər vurarsa, bunu sığorta qarşılayacaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin