Çörək hansı xəstəliklərə SƏBƏB OLUR? – DƏHŞƏTLİ SİYAHI 

Hazırda oxunan: Çörək hansı xəstəliklərə SƏBƏB OLUR? – DƏHŞƏTLİ SİYAHI 

149313

Gündəlik qida rasionumuzda dəyişməz yeganə məhsul çörəkdir. Bəzi insanlar hətta yalnız çörək yedikdən sonra doyduqlarını söyləyirlər.

Amma unuduruq ki, çörək vacib qida məhsulu olduğu qədər də ziyanlıdır. Xüsusən də əla növdən hazırlanmış çörəklər insan orqanizmində müxtəlif xroniki xəstəliklərin yaranmasına səbəb olur.

Bunun da əsas səbəbi çörəyin tərkibində sağlamlığınıza və rifahınıza mənfi təsir göstərə biləcək bəzi maddələrdir. Bunlar əsasən qlüten, şəkər,  süni dadlandırıcılar, konservantlar,  tekstura kondisioneri,  fitatlar, glifosat və sairədir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, ərzaqlıq buğdanı emal edərkən onun əsas qida dəyərini təşkil edən kəpək və rüşeyim qismi ayrılır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda unun tərkibinə yeni maddələr ƏLAVƏ OLUNACAQ


“Yerdə qalan hissəsindən isə un hazırlanır. Emal prosesində buğdadakı bütün minerallar, vitaminlər, omeqa-3 və 6 doymamış yağları, zülallar və karbohidratlar kəpək və rüşeymdə qalır.

Yerdə qalan nişasta, sadə karbohidratın isə təbii ki, insan orqanizminə faydası olmur. Ona görə də çörəkdən çox istifadə edən insanlarda müxtəlif xəstəliklər baş qaldırır. 

Belə insanlarda vitamin və mineral çatışmazlığı hallarına daha çox rast gəlinir. Ona görə də çörəkdən çox istifadə məqbul deyil. Kəpək və rüşeym qismindən ayrılmış undan hazırlanan çörəkdə qlisemik indeksi dediyimiz indeks çox yuxarı olur.

Bu da qidalanma zamanı insanın qanına keçir. Nəticədə qanda şəkərin səviyyəsi yüksəlir. Bəzi insanlarda isə qandakı şəkərin miqdarı aşağı düşür. Belə insanlar doymur və daima özlərində aclıq hiss edirlər. Nəticədə həmin insanlar qəbul etdikləri qidanı tənzimləyə bilmir”.

Məhsəti Hüseynova qeyd edib ki, başqa bir problem  çörək hazırlayarkən edilən kimyəvi əlavələrdir:

“Xəmir yoğrularkən kimyəvi tərkibə malik mayadan istifadə edilir. Bu da həzm prosesini korlayır. Sənaye üsulu ilə hazırlanan undan bişirilmiş çörəyi qəbul edən insanlarda bağırsaqların hərəkətliliyi aşağə düşür, maddələr mübadiləsi pozulur. Çörək bişirilərkən şəkərdən və yaxud fruktozadan istifadə edilir. Bu da insanlarda asılılıq yaradır. Təsadüfi deyil ki, çoxlarımız çörəksiz yemək yemir. 

Digər problem isə qlütendir. Son dönəmlərdə  qlüten həssaslığı olan insanlarda allergik reaksiyalara rast gəlirik. Belə insanlar şişkinlikdən və köplükdən şikayətlənir. Bəzi insanların aşağı və yuxarı ətraflarında, qollarında dəri altı ağ səpkilər olur.
Bu da birmənalı olaraq qlüten həssaslığının göstəricisidir. Bütün bunlara rəğmən çörəyi birmənalı şəkildə qida rasionumuzdan çıxartmaq olmaz. Çünki, çörəyin tərkibindəki karbohidratlar gündəlik enerjimizi təmin edir. Yaxşı olar ki, kəpəyi və rüşeymi ayrılmamış undan hazırlanmış çörəklərdən istifadə edək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin