Metrodan əlinizi üzün – İŞLƏMƏYƏCƏK! 

Hazırda oxunan: Metrodan əlinizi üzün – İŞLƏMƏYƏCƏK! 

14927

“Metro sınaqdan keçirilməyib. Sadəcə infrastrukturunu optimal vəziyyətdə saxlamaq üçün qatarlar texniki olaraq yoxlanılır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı Metropoliteni”nə pandemiyaya görə 27,7 milyon manata yaxın yardım ayrılıb


Onun fikrincə, qatarların hərəkətə gətirilməsi metronun açılması ilə heç bir əlaqəsi yoxdur:

“Normativ və texniki  sənədlərin tələblərinə uyğun olaraq qataralar mütəmadi olaraq hərəkətə gətirilir. Sərnişin daşındı və ya daşınmadı, bunun heç bir hala adiyyatı yoxdur. Qatarlar daimi yoxlanmalıdır.

Metro çətin infrastruktura malik bir nəqliyyat növüdür. Ona görə də qatarlara texniki baxış daim olmalıdır. Metronun açılması isə Operativ Qərargahın qərarından asılıdır”.

Xatırladaq ki, mart ayının 13-14-də Bakı metropoliteninin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin