Koronavirusa yoluxan 12 tələbə hara aparılıb? – Universitetdən AÇIQLAMA

Hazırda oxunan: Koronavirusa yoluxan 12 tələbə hara aparılıb? – Universitetdən AÇIQLAMA

14925

Azərbaycan Tibb Universitetində (ATU) kütləvi koronavirusa yoluxma xəbərini vermişdik. Universitetin Müalicə işi fakültəsinin 6 qrupunda tələbələr arasında koronovariusa yoluxma halları aşkarlanıb.

Hər qrupda bir-iki tələbə olmaqla, təxminən 12 nəfərin virusa yoluxduğu məlum olub. Bu baxımdan həmin qrupların dərsləri distant təhsilə keçirilib.

Maraqlıdır, virusa yoluxan tələbələrin müalicəsi harada davam etdirilir? Universitetin digər fakültələrində və ya müəllimlər arasında yeni yoluxma halı aşkarlanıbmı?

Bizim.Media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova hazırda universitet daxilində vəziyyətin stabil olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Tibb universitetində eyni vaxtda 12 tələbə koronavirusa yoluxub - Universitet AÇIQLADI


“Vəziyyət stabil qalıb və dəyişən bir şey yoxdur. Şükürlər olsun ki, nə müəllimlər, nə də digər fakültələr arasında yeni yoluxma var. Binada dezinfeksiya işləri aparılır. Tələbələr binaya daxil olarkən mütəmadi olaraq hərarətləri ölçülür”.

“Yoluxan tələbələrin müalicəsinə gəlincə, hələki onlar evdədirlər”, deyə universitet sözçüsü əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin