Yuxarı Qarabağ kanalında bəndin uçan hissəsi bərpa edilib - FOTO

Hazırda oxunan: Yuxarı Qarabağ kanalında bəndin uçan hissəsi bərpa edilib - FOTO

149233

Avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. 

Bizim.Media xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Agentlik tərəfindən dərhal kanaldan suyun axmasının qarşısının alınması ilə bağlı tədbirlərə başlanılıb.  

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və aidiyyəti şöbə müdirləri hadisə yerində olublar.

Yuxarı Qarabağ kanalı istismar idarəsi ilə bərabər ətraf bölgələrdə olan rayon idarələrinin də texnikaları və əməkdaşları əraziyə cəlb olunub. İlk növbədə, suyun səviyyəsinin aşağı salınması üçün Mingəçevir su anbarından kanalın suyu azaldılıb. Əraziyə ağır texnikalar cəlb edilib, uçan bəndin bərpasına başlanılıb.  
Görülən tədbirlər nəticəsində kanaldan suyun axmasının qarşını alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin