“Qapanmalar şagirdləri ciddi psixoloji gərginliyə gətirə bilər” – EKSPERT

Hazırda oxunan: “Qapanmalar şagirdləri ciddi psixoloji gərginliyə gətirə bilər” – EKSPERT

14922

“Tədris prosesinin fevralın 1-dən mərhələli şəkildə başlaması 1,3 milyona yaxın şagirdin təhsilə yenidən başlamasına imkan verdi. Bu, kifayət qədər müsbət addım idi. Lakin Bakı şəhəri üzrə 440 min şagirdin 1200 nəfəri dərsə qoşulmaqdan imtina edib.

Təbii ki, elə də böyük rəqəm sayılmır. Monitorinqlər zamanı gördük ki, şagirdlərin dərs prosesində iştirakı, davamiyyəti və akademik göstəriciləri təhsilin onlayn olduğu dövrdən qat-qat yaxşıdır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsilin qismən ənənəvi qaydada bərpasının nəticələrindən danışarkən səsləndirib.=
 

MÖVZU İLƏ BAĞLI:

Karantin rejimi sərtləşəcək - “Xəstəxanalar dolacaq, təcili tibbi yardım yüklənəcək” – İNFEKSİONİST


Onun sözlərinə görə, tədrisin məsafədən deyil, birbaşa bərpa olunması müsbət qiymətləndirilə bilər: 

“Fevralın 1-dən indiyədək 16 məktəb və 300 sinif koronavirusa yoluxmaya  görə distanta keçib. Ölkənin 4447 ümumtəhsil məktəbinin 4427-də tədris prosesi bərpa olunub və yalınız 16-sı distanta keçib.

Bu da 0,29 faiz olmaqla, kifayət qədər aşağı faizdir. Ənənəvi təhsildə şagirdlər bilmədikləri mövzuları müəllimdən soruşmaq rahatlığına malikdirlər. Onlayn dərslər şagirdlərin birbaşa ünsiyyətini aşağı salır.


İndi ən azından həftədə bir neçə dəfə də olsa onlar məktəbə gedir və virtual aləmdən real aləmə gəlirlər. Yəni ictimailəşmə prosesi gedir. Onlayn dərs şagirdlərdə psixoloji, fiziki, sosial problemlər yaradır”. 

Ekspert tədris prosesini heç bir şəkildə bağlamağın effektiv olmadığını bildirib:

“Yenidən bağlanmalar və məhdudiyyətlər şagirdləri ciddi psixoloji gərginliyə gətirib çıxara bilər. Apardığımız sorğularda şagirdlərin 96 faizi dərslərdə birbaşa iştirak etmək istədiklərini bildiriblər. 4 faiz isə cədvəllərdə dərsə getdikləri günlərinin azlığından şikayətləniblər.
 

Onlar tədrisin bütünlüklə bərpa olunmasını istəyirlər. 2020-ci ilin dekabrında Təhsil Nazirliyi 4-6 və 9-cu siniflərdə milli qiymətləndirmə həyata keçirdi. Vəziyyət o qədər də ürəkaçan olmamışdı.


Tədris bərpa olunandan sonra mart ayının ilk ongünlüyündə eyni tipli monitorinqdə şagirdlərin nəticələri əvvəlkilərlə müqayisədə daha yaxşıdır. Tədrisin bərpası şagirdlərin bilik və bacarıqlarına müsbət təsir göstərir. Düşünürəm ki, bu tendensiya davam etməlidir”. 

Qeyd edək ki, fevralın 1-dən tədris onlayn sistemdən qismən ənənəviyə keçib. Bakı şəhərində şagirdlər həftədə 2 və ya 3, bölgələrdə hər gün məktəbə gedir.

Ölkə üzrə ay yarım ərzində 16 məktəb və 300 sinif koronavirusa görə distant təhsilə keçib.

Alçina Amilqızı. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin